Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayonunun toponimləri - Ağa körpüsü

0





  • Ağa körpüsü Xocalı rayonu ərazisində, Xankəndi şəhə­rindən 1 km cənubda, Xocalı-Şuşa
    avtomobil yolu üstündə, Qarqar çayı üzərində tikilmişdir.
    Körpü Ağa adlı şəxsin
    adı ilə əlaqədardır. Azğınlaşmış ermənilər Şuşa ilə əlaqə yaradan bu körpünü
    dəfələrlə partlatmış və dağıtmışdılar. Yerli məlumata görə, Ağa körpüsü
    Qarabağın varlı adamlarından olmuş, böyük mülk sahibi Məhəmməd ağanın
    adı ilə bağlıdır. Ümumiyyətlə, ağa apelyativi sahib, hakim, bəy, böyük qardaş
    və s. mənalarda olan arxaik tituldur. O, Azərbaycan antro­po­nimik vahidlər
    sistemində həm türk mənşəli, həm də hibrid antro­ponimlər tərkibində işlənir.
    Fikrimizcə, “ağa” titulu iki funksiya bil­dirir: əvvəla, o, sahibkar mənasında
    işlədilir, daha sonra isə o, an­tro­po­nimik vahid əsasında yaranan coğrafi
    adlar (toponimlər) siste­minə aid edilir.



                                                                             “Müqəddəs yurd: Xocalı” adlı kitabdan

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib55 dəfə
    Xocalı rayonunun toponimləri Ağa körpüsü

    Maraqlı gələ bilər
    45
    20
    118
    48